"Yüz min manatın bir hissəsini..."

19 Haziran 2015
1 731
0
"Yüz min manatın bir hissəsini..."
"Yüz min manatın bir hissəsini..."

"Yüz min manatın bir hissəsini..."

Onu Azərbaycan Taekvondosunun yeni tapıntısı adlandıranlar yanılmadılar. Hələ cəmi 19 yaşı olan idmançı ilk ciddi sınağındaca ona bəslənən ümidlərin əbəs yerə olmadığını sübut etmiş oldu. Təbii ki, söhbətin son günlərin qəhrəmanlarından olan Ayxan Tağızadədən getdiyini bildiniz.

Feat.az xəbər verir ki, ölke.az-ın suallarını Birinci Avropa Oyunlarının çempionu (68 kq) Ayxan Tağızadə cavablandırır.

- Ayxan, neçə ildir taekvondo ilə məşğulsan?

- Hazırda 19 yaşım var. Üç yaşımdan taekvondo ilə məşğulam.

- On altı ildir...

- On altı il deyəndə ki, başlanğıc üç yaşımdan olub. Yəni o yaşda, təbii ki, ciddi məşğul olmurdum.

- Təbii ki, üç yaşında seçimi özün etməmisən. Maraqlanmısan ki, niyə səni məhz bu idman növünə yazdırıblar?

- Atam Əvəz Tağıyev də taekvondo məşqçisidir.

- İstərdim ailən barədə də məlumat verəsən.

- Ailədə üç uşağıq, mən evin kiçiyiyəm. Bir bacım, bir qardaşım var. Bacım təhsilini başa vurub, işləyir. Qardaşım da Naxçıvanda taekvondo məşqçisidir.

- Qələbədən sonra ən maraqlı təbriki kimdən aldın?

- Ən maraqlı təbriki prezidentimizdən aldım.

- Çox həyəcanlı idin...

- Bəli, çox həyəcanlı idim. Məni təbrik elədi, dedi ki, bayrağımızı qaldırdın. Dedim borcumuzdur. Sonra dedi ki, Rioda görüşəcəyik. Cavab verdim ki, inşallah, cənab prezident.

- Bu yarışda özün neçənci yerə ümid edirdin?

- Elə əvvəldən məqsədim birinci yer idi.

- Səninlə eyni çəkidə dünyanın ən məşhur idmançılarından biri mübarizə aparırdı...

- Bəli, ispaniyalı ikiqat dünya, ikiqat Avropa çempionu, sonuncu olimpiya oyunlarının qalibi Qonzalez Bonilla bizim çəkinin favoriti idi. Amma belə idmançıların arasından çempion olmaq çox qürurvericidir.

- Sirr deyilsə, 100 min manatı hara xərcləyəcəksən?

-O, artıq mənlik deyil. Pul məsələsinə evdəkilər baxır.

- Adətən idmançılar qazancları ilə xeyriyyə işləri görürlər. Mümkündürmü ki, mükafatın bir hissəsinə hansısa xeyriyyə işi görəsən?

- Bəli, mümkündür. İnşallah, belə bir fikrim var.

- Təhsil alırsan?

- Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının taekvondo fakültəsinin birinci kursunu bitirdim.

- (zarafatyana) Hazırda çempionlar qızların maraq dairəsindədir. Sevdiyin qız varmı?

- İstədiyim qız yoxdur və bu haqda heç düşünmürəm.

- Son günlər gördüyün diqqət səni həvəsləndirir?

- Əlbəttə, daha çox həvəslənirəm belə diqqəti, dəstəyi görəndə.

- Azərbaycanın güclü taekvondoçuları olub. Veteran idmançılarımızdan hansına azarkeşlik etmisən?

- Rəşad Əhmədov və Niyaməddin Paşayevi daha çox bəyənmişəm.

- Rioda keçirilən olimpiya oyunlarında məqsədin nədir?

- Olimpiya çempionu olmaq istəyirəm.

- Avtomobilin var?

- Yoxumdur.

- Zahirən çox sakitsən. Elə bil tatamidəki Ayxan sən deyilsən...

- Xasiyyətim çox sakitdir.

- Məktəb vaxtı uşaqlarla dalaşmamısan?

- Elə şeylərlə aram olmayıb. Çünki mənə ilişən də olmurdu. Bilirdilər ki, idmançıyam.

"Yüz min manatın bir hissəsini..."
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.