Messi "Real"ı sevir

02 Ekim 2014
2 569
0
Messi "Real"ı sevir
Messi "Real"ı sevir

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi əksər futbolsevərlərin fikrincə dünyanın 1 nömrəli oyunçusudur. Sportnet.az-ın məlumatına görə, ötən həftə Kataloniya təmsilçisinin "Qranada"nı 6:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada argentinalı futbolçunun karyerasında 401-ci qolunu vurması maraqlı statistik nəticələrə səbəb olub.

Messi, oynadığı qarşılaşmaların 93-də hesabı açıb, 34 qarşılaşmada hesabı bərabərləşdirib. "Barselona"nın rekordmeni "Kam Nou"da 201 dəfə, səfərdə isə 200 dəfə fərqlənib.

Kataloniya təmsilçisinin super starı rəqib qapısından keçirdiyi topların 331-ni sol ayaqla, 53-ni sağ ayaqla vurub. Argentinalı futbolçu digər qollarının 15-ni başla, 1-ni sinəsi vurub. Messinin karyerasının məhşurlaşdıran ən maraqlı məqamlardan biri də əllə fərqlənməsidir. İspaniya La Liqasının 2007-2008 mövsümündə "Barselona"nın "Espanyol"un qapısı vurduğu qolu Messi əllə tora göndərmişdi.

Sadəcə İspaniyada deyil, bütün dünyada izlənilən "Barselona" - "Real" rəqabəti Messinin karyerasında maraqlı rekorda səbəb olub. Statiskaya görə, 27 yaşlı hücumçu La Liqada ən çox Madrid "Real"ını məyus edib. O, 21 dəfə "Kral" klubunun qapısından topu keçirməyi bacarıb. Madridin digər təmsilçisi "Atletiko" da yaxasının Messinin əlindən qurtara bilməyib. Argentinalı hücumçu 20 dəfə "Matrasçılar"ı məyus edib.

Messinin ən çox fərqləndiyi La Liqa klublarının siyahısını təqdim edirik.
"Real" (Madrid) - 21 qol
"Atletiko" (Madrid) - 20 qol
"Osasuna" - 19 qol
"Sevilya" - 18 qol
"Xetafe" - 15 qol
"Valensiya" - 15 qol
"Atletiko Bilbao" - 14 qol
"Real Betis" - 13 qol
"Malaqa" - 12 qol
"Rasinq" - 12 qol
"Malyorka" - 12 qol
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.