Millimizin Avropa Çempionatında 2-ci oyunu

08 Mayıs 2016
1 563
0
Millimizin Avropa Çempionatında 2-ci oyunu
17 yaşlılardan ibarət Azərbaycan milli komandası ölkəmizdə təşkil olunan Avropa Çempionatı çərçivəsində bu gün növbəti oyunununa çıxacaq.
Feat.az-ın məlumatına görə A qrupunda mübarizə aparan gənclərimiz ikinci oyununda Belçika millisi ilə qarşılaşacaq. Açılış oyununda Olimpiya stadionunda Portuqaliya millisi ilə qarşılaşan və yekunda 5-0 hesabı ilə məğlub olan millimizin bu oyunda məqsədi qələbə olacaq. Millimizin Belçika ilə oyunu 8-ci km qəsəbə stadionunda keçiriləcək və görüş saat 19:00-da başlayacaq. Onu da qeyd edək ki, qrupun digər oyununda Portuqaliya və Şotlandiya milliləri qarşılaşacaq və görüşün start fiti 15:30-da veriləcək.


Millimizin Avropa Çempionatında 2-ci oyunu




Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.