Galatasaray evində Beşiktaşı sevindirmir

08 Mayıs 2016
3 679
0
Galatasaray evində Beşiktaşı sevindirmir
Galatasaray evində Beşiktaşı sevindirmir

Qalatasaray bu gün Türkiyə Super Liqasında mövsümün son derbisində Beşiktaşı doğma meydanda qonaq edəcək. Son illərdə doğma meydanda rəqibinə qarşı böyük üstünlük əldə edən Qalatasaray bu gün də rəqibi evə xalsız göndərməyə çalışacaq. İstənilən xal itkisi isə Beşiktaşı çempionluqdan edə bilər. Çünki hazırda 2-ci pillədə qərarlaşan Fənərbahçe Beşiktaşdan sadəcə 3 xal geri qalır və buna görə də bu oyunda Fənərlilərin Qalatasaraya azarkeşlik edəcəkləri şübhəsizdir. Ümumiyyətlə bu iki komanda arasında Qalatasarayın ev sahibi olduğu son 20 oyunda Qalatasaray 15, Beşiktaş isə 3 qalibiyyət qazanıb. Bu oyunlarda aslanların 37 qoluna qartallar sadəcə 19 qolla cavab verə biliblər. Beşiktaş səfərdə ən son qələbəni 6 il əvvəl 2010-cu ildə qazanıb. Son ev oyunlarında rəqibə qarşı böyük üstünlük qazanması Qalatasaray azarkeşlərini ümidləndirir. Bütün bu faktlar oyunun çox maraqlı keçəcəyindən xəbər verir. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Elvin Nəsibov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.