ŞOK! AFFA növbəti mövsüm liqada iştirak üçün 2 kluba lisenziya vermədi

16 Mayıs 2016
1 532
0
ŞOK! AFFA növbəti mövsüm liqada iştirak üçün 2 kluba lisenziya vermədi
Feat.az AFFA-ya istinadən məlumat verir ki, bu gün Lisenziya Komissiyası gələn mövsüm üçün lisenziyalar ilə bağlı qərarları açıqlayıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara (Buraxılış 2015) əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
AZAL PFK, "Kəpəz" PFK, "İnter" PİK, "Qarabağ" FK, "Qəbələ" İK, "Neftci" PFK.

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Zirə” FK.

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Zirə” FK, Sumqayıt FK.


Növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməmişdir. Bunu nəzərə alaraq, aşağıdakı qərarlar qəbul olunmuşdur:

1. Klublara çatışmazlıqları aradan qaldırmaq üçün əlavə olaraq 14 gün vaxt verilsin. Sənədlərin AFFA-nın Lisenziyalaşdırma qrupuna təqdim edilməsi üçün son tarix 30 may 2016-cı il müəyyən olunsun.
2. Son tarix bitdikdən sonra AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçiriləcək və klublar tərəfindən təqdim olunmuş sənədlərə əsaslanaraq müvafiq qərarlar qəbul ediləcək.
3. Sənədlərdə olan çatışmazlıqlar müəyyən olunmuş son tarixədək klublar tərəfindən aradan qaldırılmazsa və növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya almış klubların sayında yetərsay olmazsa, AFFA-nın Lisenziyalaşdırma Qrupu hesabat hazırlayaraq AFFA-nın İcraiyyə Komitəsinə təqdim edəcək. Bu halda, növbəti mövsümdə Premyer Liqa yarışlarının iştirakçıları ilə bağlı son qərar AFFA-nın İcraiyyə Komitəsi tərəfindən veriləcək.

Beləliklə hələ ki nə Rəvan nə də Xəzər Lənkərana liseniya verilməyib və klublara 14 gün vaxt verilib.


ŞOK! AFFA növbəti mövsüm liqada iştirak üçün 2 kluba lisenziya vermədi
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.