"Sport.Feat.Az" saytının yeni redaktoru

16 Mayıs 2016
2 264
1
"Sport.Feat.Az" saytının yeni redaktoru
"Sport.Feat.Az" saytının yeni redaktoru

İlk öncə özünü izləyicilərimizə təqdim edərdin

-Mən Elvin Nəsibov, 1995-ci ildə Gəncə şəhərində anadan olmuşam. Gəncə şəhərində 20 saylı orta məktəb və Gəncə Özəl Türk Liseyində təhsil aldıqdan sonra 2013-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olmuşam. Bir çox sahələrdə fəaliyyətim olub. Əsas fəaliyyətim bloggerlik, həvəskar jurnalistlikdir.

Bu həvəs uşaqlıqdan var?

-Yox, elə deməzdim. Ümumiyyətlə mən hər zaman humanitar meyilli olmuşam. Yəni yazı-pozu işləri daha çox diqqətimi çəkib. Yəqin ki onun əlamətidir. Ancaq idmana xüsusən də futbola uşaqlıqdan marağım var. Həm oynamağı, həm izləməyi, bu mövzularda söhbətlər etməyi çox xoşlamışam.

Bloggerlik və həvəskar jurnalistlik fəaliyyətlərin olub bildirdin. Misal olaraq hansı işlərini qeyd edə bilərsən?

-mən daha çox ictimai-sosial mövzularla bağlı yazılarımı dərc etdiyim bir blog səhifəsi işlədirəm. Eyni zamanda sosial şəbəkələrdə bəzi kampaniya fəaliyyətlərini başlatmışam. Dövlətimiz üçün önəmli tədbir, yarışlar üçün əlimdən gələni etməyə çalışıram. Bunlardan ən böyük olanı millimizin İtaliya ilə Olimpiya stadionundakı oyunu ilə bağlı olub. Belə ki "Millimizə dəstək üçün Olimpiya Stadionunda 60000 olaq” şüarı ilə başlatdığım kampaniya çox effektli oldu və təqribən 10000-ə yaxın bir insan kütləsi bu kampaniyaya qoşuldu və xəbərdar oldu. Bir çox saytlar da bunu işıqlandırdı. Daha bir yadda qalan işim video bloggerlik fəaliyyəti ilə məşğul olan ABŞ vətəndaşı Paul Barbato ilə əlaqə saxlamağım və müzakirələrimiz, söhbətlərimiz nəticəsində göndərdiyim məlumatlar əsasında onun Azərbaycan ilə bağlı video hazırlaması olub. Hazırda youtube-da olan "Geography now Azerbaijan” adlı videoda 350.000-ə yaxın izlənmə sayı qeydə alınıb. O, videoda mənim şəkillərimdən də istifadə edib. Bu qədər izlənmə sayını görmək məni çox sevindirir. Bunlar ən yadda qalanlar idi mənim üçün. Xırda bir çox məqalələrim bəzi saytlarda işıqlandırılıb

Bəs niyə həvəskar jurnalistlik fəaliyyətləri qeyd edirsən? Niyə də peşəkar yox?
-Hər hansı bir işin peşəkarı olmaq üçün çox çalışmaq lazımdır. Mən özümü bu sahədə hələ ki təcrübəçi olaraq hesab edirəm. Sırf bu sahə üzrə təhsilim də olmadığı üçün özümü belə təqdim etməyim digər peşəkar insanlar üçün hörmətsizlik olar

Niyə idman jurnalistikası?
-Məncə hər kəs özünə yaxın bildiyi, yaxşı bacara biləcəyinə inandığı bir işin içində olmalıdır. Jurnalistikanın bu qolu ilə maraqlanmağım idmanın çox içində olmağımın nəticəsidir. Hətta adi zamanlarda boş vaxtlarda fərqli mövzularlar bağlı araşdırmalar edib statistik təhlillər, hesablamalar hazırlamağı sevirəm. Bu işdən zövq alıram. Ona görə də bu işin mənə uğur gətirəcəyinə inanıram.

İdman yarışlarını canlı izləməyi sevirsən yoxsa ekran qarşısında?

Canlı. Canlı izləməyin tam başqa gözəlliyi var. O atmosferi yerində yaşayırsan. Mən demək olar ki, futbol üzrə Azərbaycan Liqasında hər tur bir və ya iki oyunu stadionda canlı izləyirəm. Ancaq bu o demək deyil ki sadəcə futbol. Azərbaycan adının olduğu bütün idman yarışları mənim üçün maraqlı olur. Beynəlxalq əhəmiyyətli oyunları, yarışları ümumiyyətlə qaçırmamağa çalışıram.

Feat.Az saytında idman bölməsində nə kimi yeniliklər etməyi planlaşdırırsan?

Fikrimdə bir çox planlar var. Hamısını zamanla reallaşdırmağa çalışacam. İlk öncə onu tam əminlikdə deyə bilərəm ki, yalan xəbərlər olmayacaq. Bəzi saytlarda bəzən xəbərlər görürük sonra qarşı tərəf belə bir şey olmadığını deyir. Yəni daha çox izləyici izləsin deyə belə şok effektli yalan xəbərlər olmayacaq. İdmanımızda əsas boşluqlardan biri də statistik boşluqlardır. Statistik təhlillər, araşdırmalar edərək saytda işıqlandırmağa çalışacam. Həmçinin kənar şəxslərində idmanımızla bağlı maraqlı məqalələrini hər zaman dəyərləndirəcəyik. Bir çox şeyi hələ tam açıqlamaq istəmirəm. Bəzi şeylər sürpriz olaraq qalsın

Özünü gələcəkdə harada görmək istərdin?

Azərbaycan futbolundan söz sahibi olanlardan biri olmağı çox istərdim.Ümumiyyətlə futbol ilə bağlı yüksək vəzifələrdə olmaq istərdim. Klub prezidentliyi belə edə biləcəyimə inanıram. Ancaq ilk öncə futbolda bir çox planlarımı reallaşdıra biləcəyim bir vəzifədə olmaq deyərdim.

Sonda nəyi qeyd etmək istərdin?
Sonda bütün izləyicilərimizə bizi izləməkdə davam edin demək istəyirəm. Çünki bu saytda daha çox pozitiv, müsbət auralı xəbərlər görəcəksiniz. Bəzi hallarda sürprizlər, hədiyyəli yarışlar ilə də sizləri sevindirəcəyik.

"Sport.Feat.Az" saytının yeni redaktoru
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. Bella
    • Bella
    • 16 Mayıs 2016 21:11
    Müsahibəni bəyəndim. Digərlərindən fərqli olaraq bu müsahibədə maraqlı suallar öz əksini tapmışdır. Eyni zamanda cavablar da dolğun və savadlı idi. Bu da yəqin ki, şəxsin savadlı olmasından irəli gəlir. İdmana elə də marağım olmasa da , amma bu işdə sizə uğurlar arzu edirəm. Xəbərə görə isə təşəkkür)
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.