Ailton Silva "Neftçi"dən gedir

17 Mayıs 2016
1 577
0
Ailton Silva "Neftçi"dən gedir

Feat.az-ın Apasporta istinadən verdiyi məlumata əsasən Neftçinin legioneri Ailton Silva Neftçidən ayrılır. “Azərbaycanda oynamaq imkanı qazandım və buna görə “Neftçi” klubuna minnətdaram. Amma mənim “Fluminense” ilə 2017-ci ilə qədər müqaviləm var”. Bu sözləri “Neftçi”nin müdafiəçisi Ailton Silva deyib.

Ailton Silva "Neftçi"dən gedir

Braziliya mətbuatı paytaxt klubunda icarə əsasında çıxış edən Silvanın mövsümün sonunda “Fluminense”yə qayıdacağını yazıb. Belə ki, “sambaçı”nın Azərbaycandakı çıxışı Braziliya klubunun rəhbərliyinin diqqətini çəkib. Nəticədə “Fluminense” Ailtonu geri qaytarmağa qərar verib.

Bununla bağlı ölkəsinin mətbuatına açıqlama verən 21 yaşlı futbolçu doğma klubuna qayıdacağını istisna etməyib. Ailton hazırda “Fluminense” ilə “Neftçi” rəhbərliyi arasında danışığın getdiyini bildirib: “Gənc olmağıma baxmayaraq, “Neftçi”də oynamaq mənə yaxşı təcrübə qazandırdı. Bir futbolçu kimi peşəkar oyunlar keçirdim. Müqavilə ilə “Fluminense”yə məxsusam. Klublar öz aralarında məsələni müzakirə edib, bir qərara gələcəklər. Həmin qərarı gözləyəcəm”.

Qeyd edək ki, ötən ildən “Neftçi”nin formasını geyinən Ailton Azərbaycan Premyer Liqasında 31 oyunda 3 qola imza atıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.