"Kəpəz" və "Neftçi" azarkeşlərinə görə cərimələndi

17 Mayıs 2016
1 299
0
"Kəpəz" və "Neftçi" azarkeşlərinə görə cərimələndi
"Kəpəz" və "Neftçi" azarkeşlərinə görə cərimələndi

AFFA İntizam Komitəsi bu gün növbəti iclasını keçirib və bir sıra klubları cəzalandırıb. Digər klublar fərqli səbəblərə görə cərimələnsə də, "Neftçi" və "Kəpəz" klubları azarkeşlərinə görə cərimə ödəməli olacaq. Belə ki, feat.az saytının AFFA-ya istinadən verdiyi məlumata görə "Kəpəz"-"Neftçi" qarşılaşmasında oyunun 49, 80, və 90-cı dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub. Eyni zamanda 15 may 2016-cı il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının XXXV turunun “Neftçi” – “İnter” matçının 73-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimələnib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.