Arif Daşdəmirov millinin heyətindən çıxarıldı

19 Mayıs 2016
1 239
0
Arif Daşdəmirov millinin heyətindən çıxarıldı
Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Feat.az-ın AFFAya istinadən verdiyi məlumata görə, “Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirov yığmanın heyətindən çıxarılıb.

Buna səbəb onun zədələnməsidir. O bu səbəbdən millinin mayın 23-dən iyunun 4-dək Avstriyada keçiriləcək təlim-məşq toplanışından kənarda qalmalı olacaq.

“Kordoba”da oynayan Eddi İsrafilov İspaniya çempionatının oyunları ilə əlaqədar hazırlıq prosesinə gec qoşulacaq. Mayın 30-da yığmanın düşərgəsinə gələcək milliləşən legioner yalnız sonuncu yoxlama matçında – iyunun 3-də Kanadaya qarşı görüşdə forma geymək imkanına malik olacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.