Futbol Çempionatında "həndbol" hesabı qeydə alındı

19 Mayıs 2016
1 415
0
Futbol Çempionatında "həndbol" hesabı qeydə alındı

Futbol Çempionatında "həndbol" hesabı qeydə alındı
Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında 2015/2016-cı illər mövsümünə yekun vurulub. Feat.az PFL-ə istinadən xəbər verir ki, yarışı “Qəbələ” çempion kimi tamamladıyıb. “Qarabağ” gümüş, “Sumqayıt” bürünc medallara sahib çıxıb.

Yarışın son turu qeyri-adi hesabla yadda qalıb. Belə ki, “Rəvan” – “Xəzər Lənkəran” qarşılaşması daha çox həndbol oyunlarında rast gəlinən 9:4 hesablı qələbəsi ilə yekunlaşıb.

“Rəvan” - “Xəzər Lənkəran” – 9:4
Qollar: Xanlar Teymurov, 18, 32, 55; Turan Babayev, 27; Əlibəy Məmmədli, 45+1, 51; Əkbər Əhmədov, 60; Nəsirulla Süleymanov, 85; Əziz Hüseynov, 90 - Milad Bayramov, 17; Kamran Abdullazadə, 28; Xaqani Sadıqov, 44, 58

“Sumqayıt” - “Neftçi” - 1:2
Qollar: Samir İbrahimov, 7 - Sənan Əbilov, 71; Pilağa Mehdiyev, 74

“Kəpəz” - “Qəbələ” – 1:3
Qollar: Ülvi Cəlilov, 81 - Ülvi İsgəndərov, 32; Fərid Nəbiyev, 61; Ülvi İbazadə, 80

“İnter” - “Zirə” – 1:3
Qollar: Camal Camalov, 55 - İlkin Muradov, 21; Tapdıq Əhmədov, 45+1, 77

“Qarabağ” - AZAL – 2:1
Qollar: Əl Hərbi Əl Jadeyui, 52; Ruslan Hacıyev, 70 - Zeynal Zeynalov, 80 (pen.)
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.