Futzal millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

20 Mayıs 2016
1 484
0
Futzal millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi
Futzal millimizin dünya çempionatındakı rəqibləri müəyyənləşdi

Kolumbiyanın Medelyin şəhərində futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib.

Feat.Az-ın xəbərinə görə, püşk nəticəsində milli komandamızın da rəqibləri müəyyənləşib.

F qrupunda yer alan komandamız İran, 2012-ci il dünya çempionatının finalçısı və ikiqat dünya çempionu (2000, 2004) İspaniya və Mərakeşə rəqib olub.

Qeyd edək ki, final mərhələsi bu il sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyanın Medelyin, Kali və Bukaramanqada şəhərində olacaq.

Qrupların tərkibi:

A qrupu: Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama

B qrupu: Tailand, Rusiya, Kuba, Misir

C qrupu: Paraqvay, İtaliya, Vyetnam, Qvatemala

D qrupu: Ukrayna, Braziliya, Mozambik, Avstraliya

E qrupu: Argentina, Qazaxıstan, Solomon adaları, Kosta Rika

F qrupu: İran, İspaniya, Mərakeş, AZƏRBAYCAN

qol.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.