Bu gün Avropa Çempionu bəlli olacaq!

21 Mayıs 2016
1 462
0
Bu gün Avropa Çempionu bəlli olacaq!


Bu gün Avropa Çempionu bəlli olacaq!
Bu gün Bakıda keçirilən 17 yaşlılardan ibarət komandalar arasında Avropa çempionatına yekun vurulacaq. Feat.az saytının məlumatına görə, finalda eyni yarımadada yerləşən iki ölkə: Portuqaliya ilə İspaniya qarşılaşacaqlar.

Piriney yarımadasını təmsil edən iki ölkənin yığmaları çempionluq uğrunda mübarizə aparacaqlar. Görüş 8-ci km qəsəbə stadionunda keçiriləcək.

Turnirə millimizlə eyni qrupda başlayan Portuqaliya finala qədər inamla irəliləyib. Portuqallar qrupdan lider kimi çıxdıqdan sonra həlledici oyuna kimi Avstriya (5:0) və Hollandiyanı (2:0) məğlub edibş

İspaniya da mötəbər yarışa yaxşı start verərək finala kimi irəliləyə bilib. Qrupdan çıxdıqdan sonra İngiltərə (1:0) və Almaniyanı (2:1) məğlub edən ispanlar nəhayət Avropanın ən güclüsü olmaq üçün qonşuları ilə “savaçacaqlar”.


17 yaşlılar arasında Avropa çempionatı
Final
21 may


20:00. Portuqaliya - İspaniya
Baş hakim: Petr Ardeleanu (Çexiya)
Baş hakimin köməkçiləri: Balaş Buzas (Macarıstan), Ceyhun Səsigözəl (Türkiyə)
Dördüncü hakim: Qunnar Yarl Yonsson (İslandiya)
Hakim-inspektor: Nikolay Levnikov (Rusiya)
UEFA nümayəndəsi: Ludoviko Mikallef (Malta)
8-ci km qəsəbə stadionu
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.