"İnter" klubunda transfer hərəkətliliyi

23 Mayıs 2016
1 522
0
"İnter" klubunda transfer hərəkətliliyi
Topaz Premyer Liqasının son mövsümünü dördüncü pillədə başa vuran "İnter" hazırda transfer bazarının ən fəal klubudur. Feat.Az Azerisport.az saytına istinadən xəbər verir ki, paytaxt klubu öncə öz heyətindəki bəzi futbolçularla müqavilə yeniləmişdi.

Belə ki, Şahin Zəkiyevlə (3 il), Sərtan Taşkınla (2 il), Aqşin Quluzadə ilə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələri yeniləyən paytaxt təmsilçisi artıq "Sumqayıt"ın iki futbolçusunu heyətinə qatıb. Söhbət sumqayıtlılarla yollarını ayıran Ağabala Ramazanov və Slavik Alxasovdan gedir. Ramazanovla bir, Alxasovla iki illik müqavilə imzalanıb. "Bankirlər"in "Sumqayıt"dan Pərdis Fərcad-Azadı da heyətinə qatması gözlənilir. Onunla da bir illik müqavilə imzalanacaq.

"Qəbələ" ilə yollarını ayıran Samir Zərgərov da növbəti mövsümdən "İnter"də çıxış edəcək. Onunla da bir illik müqavilə imzalanıb. Müqavilə ilə "Qarabağ"a məxsus olan, son mövsümü icarə əsasında "Kəpəz"də keçirən Tərlan Quliyev də növbəti mövsümdən "İnter"in şərəfini qoruyacaq. Amma onun "İnter"də icarə əsasında, ya tam hüquqlu transfer kimi oynayacağı bilinmir.

Paytaxt klubu keçmiş qapıçısı Səlahət Ağayevi də geri qaytarmağa çalışır. "Sumqayıt"da çıxış edən edən qapıçı Kamran Ağayev "İnter"dən ayrılacağı təqdirdə, keçmiş komandasına dönəcək.

"İnter"in Ruslan Abışovu da heyətinə qatması gözlənilir. Millimizin müdafiəçisi "Qəbələ"də çox oyun şansı qazanmadığından, paytaxt klubuna keçə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.