Armenteros "Qarabağ"dan ayrılır

24 Mayıs 2016
1 770
0
Armenteros "Qarabağ"dan ayrılır
Son Azərbaycan çempionu "Qarabağ" legioner futbolçusu Samuel Armenterosla yolları ayırıb. Feat.Az Apasport.az-a istinadən xəbər verir ki, klub onunla müqavilənin müddətini uzatmamaq qərarı verib.

Bu səbəbdən futbolçu çempionat başa çatan kimi komandadan ayrıldığını bildirib. Armenteros ozünün "Twitter" səhifəsində artıq azad agent olduğunu yazıb. O, azad transfer statuslu oyunçu olmağından məmnunluq duyduğunu ifadə edib.

Qeyd edək ki, Samuel Armenteros "Qarabağ"a 2015-ci ilin yayında keçib. O, Ağdam təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı. Bu ilin yanvarından etibarən təsadüfi hallarda oyunlara çıxan Samuelin gedəcəyi müəyyən qədər təxmin olunurdu.

Armenteros mövsüm ərzində 23 oyuna 7 qol vurub. Baş məşqçi Qurban Qurbanovun istəyi ilə futbolçu ilə müqavilənin müddəti uzadılmayıb və kubokun final oyunundan sonra onun rəsmən "Qarabağ"dan göndərilməsi qərara alınıb.
Armenteros "Qarabağ"dan ayrılır

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.