Rio 2016: Azərbaycan taekvondoçuları tam heyətlə!

24 Mayıs 2016
1 531
0
Rio 2016: Azərbaycan taekvondoçuları tam heyətlə!
Rio 2016: Azərbaycan taekvondoçuları tam heyətlə!

Dünya Taekvondo Federasiyası (DTF) Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların tam siyahısını açıqlayıb. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, avqustun 17-dən 20-dək 8 çəki üzrə keçiriləcək yarışda 128 taekvondoçu qüvvəsini sınayacaq.

Braziliyaya tam heyətlə yollanacaq ölkələr sırasında Azərbaycan da var.

Reqlamentə əsasən hər yığma Olimpiadada maksimum 4 idmançı ilə təmsil olunmalıdı ki, millimiz də tarixdə ilk dəfə bunu bacarıb. Rioda dayanq üzərinə təmsilçilərimizdən Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) çıxacaqlar.

Olimpiadaya lisenziya qazanan ölkələr sırasında Azərbaycan “Top-10”da qərarlaşıb. Yığmamızla yanaşı, Avstraliya, Braziliya, Çin, Fransa, Böyük Britaniya, İran, Meksika, Cənubi Koreya və ABŞ da 4 çəkidə təmsil olunacaq. Ermənistanın lisenziya ala bilmədiyi yarışda Rusiya, Türkiyə, Almaniya, İspaniya kimi ölkələr Rioya tam heyətlə yollana bilməyəcəklər.

Olimpiya Oyunlarının taekvondo yarışında cəmi 64 ölkə iştirak edəcək. Hər çəkidə isə 16 idmançı medallar uğrunda gücünü yoxlayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.