Qurban Qurbanov: "Mən Armenterosa "get" deməmişəm"

24 Mayıs 2016
1 551
0
Qurban Qurbanov: "Mən Armenterosa "get" deməmişəm"
Qurban Qurbanov: "Mən Armenterosa "get" deməmişəm"

“Armenterosdan soruşsanız ki, baş məşqçi sənə getmək barədə nəsə deyibmi, “yox” cavabını verəcək”. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

44 yaşlı çalışdırıcı ölkə kubokunun “Neftçi” ilə sabah keçiriləcək final matçından öncə mətbuat konfransı keçirib.

İsveçli hücumçu Samuel Armenterosun “Qarabağ”dan ayrılmasına da toxunan Qurbanov maraqlı fakir səsləndirib. O bildirib ki, Armenterosa “get” sözünü deməyib: “Onun gedişini mən də saytdan oxudum. Bəzən futbolçu onunla bağlı qərar tez verilməyəndə darıxır. Görünür, Armenteros darıxıb. Mən ona “get” deməmişəm”.

Qeyd edək ki, Samuel Armenteros dünən “tvitter” səhifəsində “Qarabağ”dan ayrıldığını açıqlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.