Gəncəlilər U11 və U13 liqasının qalibi olub

25 Mayıs 2016
1 592
0
Gəncəlilər U11 və U13 liqasının qalibi olub


Dünən Bayıl stadionunda keçirilmiş final oyunu ilə U-13 Liqanın 2015/2016-cı il mövsümünə yekun vurulub. Feat.Az AFFA-ya istinadən xəbər verir ki finalda “İnter” və TİM (Gəncə) komandaları qarşılaşıb və həlledici oyunda 1:0 hesabı ilə qələbə qazanan Gəncə təmsilçisi liqanın qalibi olub. Üçüncü pilləni isə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qəbələ” komandası tutub.

Mövsüm ərzində 67 qol vuran Ümid Səmədov (TİM) bombardirlər yarışında həmyaşıdlarını qabaqlayıb. “Qəbələ” klubunun üzvü Mehrac Baxşəliyevə Fair Play mükafatı verilib. Liqanın ən yaxşı futbolçusu “İnter” komandasından Seymur Məmmədov seçilib.

Gəncəlilər U11 və U13 liqasının qalibi olub

Gəncəlilər U11 və U13 liqasının qalibi olub


U-11 Liqasında da 2015/2016-cı il mövsümünə yekun vurulub. Final oyununda “Kəpəz” və “Qəbələ” komandaları qarşılaşıb.

Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 dəfə fərqlənən “Kəpəz” U-11 Liqasının 2015/2016-cı il mövsümünün qalibi adını qazanıb. Üçüncü yeri isə "Xəzər Lənkəran"ı 7:3 hesabı ilə məğlub edən "Neftçi" komandası tutub.

Liqanın bombardiri 60 qolla “Kəpəz” komandasının futbolçusu Sadiq Şəfiyev olub. “Neftçi”nin oyunçusu Təhmasib Həmidli Fair Play mükafatına layiq görülüb. Eşqin Əhmədov (“Qəbələ”) liqanın ən yaxşı futbolçusu seçilib. (AFFA)

Gəncəlilər U11 və U13 liqasının qalibi olub

Gəncəlilər U11 və U13 liqasının qalibi olub
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.