Qurban Qurbanov: "Neftçi" uğur qazanmağa layiq idi."

26 Mayıs 2016
1 943
0
 Qurban Qurbanov: "Neftçi" uğur qazanmağa layiq idi."
 Qurban Qurbanov: "Neftçi" uğur qazanmağa layiq idi."
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun finalında "Neftçi" üzərində qazandıqları qələbə (1:0) ilə bağlı fikirlərini bölüşüb. Feat.Az xəbər verir ki, o, oyundan sonra bu fikirləri səsləndirib:

"Fikrimcə, bu gün Azərbaycan futbolu qalib gəldi. Azərbaycan komandalarının oyununa bu qədər azarkeş gəldiyi yadıma gəlmir. Öncədən də çətin oyun olacağını demişdim. "Neftçi" uğur qazanmağa layiq idi. Onların heyətində gənc və perspektivli uşaqlar var. Bütün azarkeşlərimizi, rəhbərliyi təbrik edirəm. "Neftçi"yə də uğurlar arzulayıram. Demədim ki, rəqib matçın taleyini penaltilərə daşımağa çalışdığı üçün qapısında qol gördü. "Neftçi" bu oyun üçün düzgün taktika seçmişdi. Sadəcə, görünür bu gün qələbə qazanmaq onlara qismət deyilmiş".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.