"Kəpəz"dən ikinci transfer!

26 Mayıs 2016
1 256
0
"Kəpəz"dən ikinci transfer!

"Kəpəz"dən ikinci transfer!
16 ildən sonra yenidən Avropada Azərbaycanı təmsil etmək hüququ qazanan “Kəpəz” ikinci transferini gerçəkləşdirib. Feat.Az-ın APA-ya istinadən məlumatına görə, Gəncə təmsilçisi yenə “Xəzər Lənkəran”ın futbolçusu ilə güclənib.

Belə ki, bir neçə gün öncə Tural Qürbətovla razılığa gələn Gəncəlilər bu dəfə Vüqar Bəybalayevi rənglərinə bağlayıblar. “Xəzər Lənkəran” gənc yarımmüdafiəçini heyətində saxlamaq istəsə də, buna nail olmayıb. Bəybalayev qarşıdakı mövsümdə “Kəpəz”in uğurları üçün çalışacaq.

Qeyd edək ki, Julien Ebah və Tadas Simaitislə yeni müqavilə imzalayan “Kəpəz” Tərlan Quliyev, Namiq Ələsgərov, Junior Osvaldo Martins, Bəxtiyar Soltanov və Xəzər Qəribovla yolları ayırıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.