Adrian Skarlatake rəsmən "İnter"də!

30 Mayıs 2016
1 551
0
Adrian Skarlatake rəsmən "İnter"də!
Adrian Skarlatake rəsmən "İnter"də!

Transfer dönəminin ən fəal komandası olan “İnter” daha bir oyunçu ilə münasibətlərini rəsmiləşdirib. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, söhbət sabiq “Xəzər Lənkəran”lı Adrian Skarlatakedən gedir.

“Bankirlər” son klubu “Astra” olan mərkəz müdafiəçisi ilə bir neçə gün əvvəl ilkin razılıq əldə etmişdilər. Rumıniyalı yeni komandası ilə artıq rəsmi müqaviləyə qol çəkib. Gözlənildiyi kimi, Skarlatake “İnter”lə 1 illik saziş imzalayıb. Hazırda ölkəsində olan futbolçu yay təlim-məşq toplanışı zamanı düşərgəyə qoşulacaq. Məlumatı klub da rəsmən təsdiqləyib.

Qeyd edək ki, Skarlatake “İnter”in 8-ci transferi olub. Ona qədər Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev və Məmməd Quliyev heyətə cəlb edilmişdi.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.