"Qarabağ"ın hücumçusu Reynaldo qəza törədib

02 Haziran 2016
1 217
0
"Qarabağ"ın hücumçusu Reynaldo qəza törədib
"Qarabağ"ın hücumçusu Reynaldo qəza törədib

“Qarabağ”ın hücumçusu Reynaldo Silva qəza törədib. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, hadisə forvardın vətənində baş verib.

Mövsüm başa çatdığı üçün ölkəsində istirahətdə olan “sambaçı” ötən gün Aqreste ştatında qəzaya düşüb.

Belə ki, o, "Chevrolet Camaro" markalı avtomobili ilə saatda 120 km sürətlə hərəkətdə olarkən motosikletlə toqquşub. Hadisə nəticəsində motosikletin sürücüsünün ayağı qırılıb.

“Qarabağ”ın futbolçusu qəzadan sonra xəsarət alan digər sürücüyə kömək edib. Dərhal xəstəxanaya aparılaraq əməliyyat olunan zərərçəkənin vəziyyətinin normal olduğu bildirilib.

Polisin araşdırması nəticəsində Reynaldonun içkili olmadığı üzə çıxıb.
Əvvəlki Xəbər Növbəti Xəbər