Millimiz FİFA reytinqində 5 pillə gerilədi

02 Haziran 2016
1 388
0
Millimiz FİFA reytinqində 5 pillə gerilədi
Millimiz FİFA reytinqində 5 pillə gerilədi

FİFA milli komandaların reytinq siyahısını açıqlayıb. Feat.Az Apasport.az saytına istinadən məlumat verir ki, hesabında 252 xal olan Azərbaycan yığması 138-ci yerdə qərarlaşıb.

Robert Prosineçkinin yetirmələri ötən ayla müqayisədə 5 pillə geriləyib. Buna səbəb komandamızın 17 xal itkisidi.

Belə ki, yığmamız mayda açıqlanan reytinq cədvəlində 269 xalla 133-cü yerdə idi.

Geriləmənin səbəbi millimizin Avstriyada keçirilən təlim-məşq toplanışındakı uğursuz nəticələridi. Mayın 26-da qarşılaşdığı Andorra kimi zəif rəqibə qalib gələ bilməyən (0:0) yığmamız 3 gün sonra Makedoniyaya uduzub – 1:3.

Millimizin sabah görüşəcəyi Kanada isə 363 xalla 93-cüdü. Şimali amerikalılar ötən ay 95-ci pillədə qərarlaşmışdı.

Qeyd edək ki, siyahıya Argentina yığması başçılıq edir – 1503 xal.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.