UEFA Albaniya klubunu avrokuboklardan uzaqlaşdırdı
UEFA Albaniyanın "Skenderbeu" klubunu növbəti mövsümdə avrokuboklarda iştirakdan məhrum edib.
Feat.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, klub Albaniya çempionatı və avrokuboklarda danışılmış oyunların təşkilində şübhəli bilinir.
Mayın sonunda UEFA bukmekerlər, azarkeşlər və KİV-lərdən əldə edilən məlumatlar əsasında klub barəsində araşdırmaya başlayıb.
Bütün ittihamları rədd edən "Skenderbeu" rəhbərliyi İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək niyyətindədir.