"Kəpəz"in 17 yaşlı rəqibi : "Daçiya"

21 Haziran 2016
1 447
0
"Kəpəz"in 17 yaşlı rəqibi : "Daçiya"
Azərbaycanı 2017/18 mövsümündə Avropa Liqasında təmsil edəcək “Kəpəz” ilk turda Moldova təmsilçisi “Daçiya” ilə qarşılaşacaq. Feat.Az-ın Apasport.az saytına istinadən məlumatına görə, Kişinyov klubunun cəmi 17 yaşı var.

1999-cu ildə yaradılan “Daçiya” debüt mövsümündə (2000/01) A divizionunda 4-cü yeri tutub. Növbəti mövsümdə A divizionunun qalibi olan komanda yüksək liqaya vəsiqə qazanıb. Elitadakı debüt mövsümündə 4-cü yeri tutaraq, “İntertoto” kubokuna vəsiqə əldə edən “sarı canavarlar” orda iki mərhələ adlayıb və yalnız Almaniya “Şalke”sinə məğlub olublar.

2002/2003 mövsümündən bəri hər il yüksək liqada iştirak edən “Daçiya”nın ən zəif nəticəsi 2005/2006 mövsümünə təsadüf edib ki, həmin mövsüm komanda çempionatı 6-cı pillədə başa vurub. Yeganə çempionluğunu 2010/2011 mövsümündə əldə edən moldovalılar 5 dəfə gümüş (2007/08, 2008/09, 2011/12, 2012/13, 2014/15), 1 dəfə isə (2004/05) bürünc mükafata layiq görülüblər.

Moldova Kubokunda 4 dəfə (2004/05, 2008/09, 2009/10, 2014/15) finala adlayan “Daçiya” bütün hallarda məğlub olub. Komanda 2011-ci ildə Moldova Superkubokunu qazanıb.

“Daçiya” avrokuboklar tarixində ikinci dəfə ölkəmizə səfər edəcək. 2003-cü ildə “İntertoto” kubokunda 2 mərhələ keçən “sarı-göylər” 2007-ci ildə həmin turnirin I mərhələsində “Bakı”ya rəqib olub. Hər iki matçda 1:1 hesabı qeydə alındığından, penaltilər seriyasına müraciət edilib. Penaltiləri daha dəqiq yerinə yetirən “Daçiya” “Bakı”dan sonra daha bir rəqibi üstələyib və III mərhələdə “Hamburq”a “ilişib”.

Cəmi 1 dəfə Çempionlar Liqasında iştirak hüququ qazanan “Daçiya” 2011/12 mövsümünün II mərhələsində “Zestafoni”yə boyun əyib. Bu komanda Avropa Liqasına isə 7 dəfə qatılıb. Kişinyov təmsilçisi ən yaxşı halda 1 mərhələ (4 dəfə) adlamağa müvəffəq olub. Ötən mövsüm Avroliqanın I mərhələsində “Renova”dan (Makedoniya) güclü olan (4:1, 1:0) “Daçiya” II mərhələdə Slovakiya “Julina”sına (1:2, 2:4) yenilib.

Rusiyalı Adlan Şişkanovun sahibi olduğu “Daçiya”nın prezidenti yerli Zinaida Jioredi. Komandanın baş məşqçisi isə Ukrayna əsilli Oleq Bejenardı. 45 yaşlı mütəxəssis ötən ildən “Daçiya”nın “sükanı” arxasındadı. Komanda ev oyunlarını 10 min 500 tamaşaçı tutumuna malik “Zimbru” stadionunda keçirir.

O ki qaldı heyətinə, “Daçiya”nın 12 əcnəbi futbolçusu var. Onlar arasında ukraynalılar çoxluq təşkil edirlər. Belə ki, əcnəbilərdən 7-si məhz ukraynalıdı. Bundan əlavə, Bejenarın ixtiyarında Makedoniya, Rusiya, Çexiya və Toqodan (2 futbolçu) da futbolçular var.

“Daçiya”nın heyətində 7 milli üzvü var. Belə ki, Artyom Qaydukeviç, Simeon Bulqaru, Vyaçeslav Posmaç, Yejeniu Koçuk və Vitali Bordian Moldova, Sapol Mani ilə Abdul Mamah isə Toqo yığmalarına dəvət alırlar. Denis Kozanov Ukrayna yığmasının sabiq üzvüdü. Bundan başqa, Jiri Jeslinek Çexiyanın, Maksim Feşçuk isə Ukraynanın U-21 millisində çıxış edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.