İtaliya - Azərbaycan - 2:1 (Video)
"Avro-2016"nın seçmə mərhələsində II turun oyunları davam edir.
Qol.Az-ın məlumatına görə, Azərbaycan millisi seçmə mərhələdə ikinci matçına çıxıb.
Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olub. İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdən xalla ayrılmağa çalışırdı. Lakin qrupun aşkar favoriti olan İtaliya buna imkan verməyib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Hər üç qolu Corcio Kyellini vurub.
Xatırladaq ki, komandamız "Avro-2004"ün seçmə mərhələsində də İtaliya ilə eyni qrupda mübarizə aparıb. Həmin vaxt millimiz evdə rəqibinə 0:2, səfərdə isə 0:4 hesabı ilə uduzmuşdu.
10 oktyabr
"Avro-2016"nın seçmə mərhələsi, II tur
H qrupu
23:45. İtaliya - Azərbaycan - 2:1
Qollar: Kyellini, 44 (1:0), Kyelleini, 76-avtoqol (1:1), 83 (2:1)
Hakimlər: Hüseyin Göçek, Mustafa Eyisoy, Orkun Aktaş və Serkan Ok
Palermo. "Renzo Barbera" stadionu.