Velosiped sürmək kişilər üçün təhlükəlidir

19 Ekim 2014
6 819
0
Velosiped sürmək kişilər üçün təhlükəlidir
Velosiped sürmək kişilər üçün təhlükəlidir

Velosiped sürmək sizə yağsız bədən və güclü əzələlər bəxş edə bilər. Ancaq bu, eyni zamanda kişilərə "üçüncü testis" qazandırır. Hər halda həkimlər xəbərdarlıq edir.

Cənubi Afrika alimlərinin axırıncı araşdırmaları zamanı velosipedçilərin qasıq bölgəsində "üçüncü testis" adlanan düyünün yarandığı ortaya çıxıb. Nadir rastlanan bu hal daha çox kişilərdə yaşansa da, hətta qadınlarbelə bundan əziyyət çəkə bilərlər.

Yeni araşdırmaya görə, velosipedçilərdə yaranan üçüncü testis (xaya), ya da "velosiped düyünü" adlanan bu problem davamlı velosiped sürən zamanı qasıq bölgəsinin velosipedin kobud oturacağına tez-tez sürtünməsinin nəticəsidir. Çanaq hissəsinin aşağı sümükləri və oturacağın üzəri arasında həmişə sürtünmə və vibrasiya yaşanır. Bu da həmin düyünün yaranmasına səbəb olur.

Bu problemin əlaməti olaraq, həmin insanlar velosipedə minərkən ağrılar hiss edir və idmanı atmalı olurlar. Lakin cərahiyyə yolu ilə həmin düyün götürülə bilər.

Bu problemə baxmayaraq, velosipedin insanı rahatladıtdığı, iş uğurlarını artırdığı, hətta seks həyatını yaxşılaşdırdığı deyilir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.