”“Qarabağ" heç bir kluba bənzəmir”

31 Ekim 2014
2 084
0
”“Qarabağ" heç bir kluba bənzəmir”

”“Qarabağ" heç bir kluba bənzəmir”


Ukraynanın "Dnepr" klubunun hücumçusu Nikola Kaliniç yerli mətbuata müsahibəsində Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a uduzduqları oyunu (0:1) bir daha xatırlayıb.


Пепел тебе на голову-ın məlumatına görə, təcrübəli hücumçu "Qarabağ"ın qrupdakı digər rəqiblərindən zəif olmadığını deyib:

"Düşünə bilərsiniz ki, "Qarabağ" "Sent Etyen""İnter"dən güclü deyil. Ancaq mənim fikrimcə, "Qarabağ" digər rəqiblərimizdən heç bir cəhətdən geri qalmır. Bu komanda çox düzgün taktika ilə oynayır. Heyətində olan bir çox futbolçu milli komandada çıxış edir. "Qarabağ"ın "Sent Etyen"lə oyununu dəfələrlə izləmişdik. Həmin görüşdə rəqibə nisbətən daha çox qol imkanları yaratdılar. Bilirdik ki, "Qarabağ" adi komanda deyil. Bizimlə oyuna gəldikdə isə hesab açılana qədər bərabər səviyyəli mübarizə gedirdi. "Qarabağ" qol vurduqdan sonra isə müdafiəyə çəkildi və boş zonaları bağladı. Belə şəkildə müdafiə olunan komandaya qol vurmaq çox çətindir.

Kaliniç Avroliqada ev oyunlarının Dneprpetrovskidə yox, Kiyevdə keçirilməsinə qarşı olduğunu bildirib: "Çox təəssüf ki, ev oyunlarımızı doğma meydanda keçirə bilmirik. "Qarabağ"la oyunda stadiona təxminən 2 min azarkeş gəlmişdi. Onların yarısı isə "Qarabağ" tərəfdarı idi. Dneprpetrovskidə daha güclü azarkeş dəstəyi görürdük və yaxşı nəticələr qazanırıq".

"Sent Etyen" klubunu Ukrayna "Metallurq"u ilə müqayisə edən xorvatiyalı hücumçu "Qarabağ"ın heç bir Ukrayna klubuna bənzəmədiyini qeyd edib: "Onu deyə bilərəm ki, "Qarabağ" çox səviyyəli komandadır. Buna əmin ola bilərsiniz".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.