Luçesku "Qalatasaray"a gəlir?

01 Kasım 2014
1 595
0
Luçesku "Qalatasaray"a gəlir?
Luçesku "Qalatasaray"a gəlir?

"Şaxtyor" (Donetsk) klubunun baş məşqçisi Mirça Luçesku "Qalatasaray"ı çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Rumıniyalı mütəxəssis "Şaxtyor"dan ayrılmayacağını deyib:

"Ukraynadakı ağır şərtlərə baxmayaraq, Türkiyə üçün "Şaxtyor"dan ayrıla bilmərəm. Komanda ilə müqaviləm var və işimi sonadək davam etdirmək istəyirəm. Çempionlar Liqasında startımız pis alınmadı. Ölkə çempionatında gərgin mübarizənin içindəyik. Əsl döyüşçü döyüşün ortasında meydanı tərk etməməlidir".

Qeyd edək ki, 69 yaşlı mütəxəssis 2000-2002-ci illərdə "Qalatasaray"ı çalışdırıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.