“Qarabağ”dan Avroliqaya Şərəfli və Şok Vida

11 Aralık 2014
2 976
0
“Qarabağ”dan Avroliqaya Şərəfli və Şok Vida
“Qarabağ”dan Avroliqaya Şərəfli və Şok Vida

Bu gün Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, sonuncu turun oyunlarından sonra 1/16 final mərhələsinin bütün iştirakçıları bəlli olacaq.

Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün meydana çıxacaq. Ağdam klubu doğma meydanda İtaliya nəhənglərindən olan “İnter”lə qarşılaşacaq. “İnter” qrup lideri kimi “pley-off”a vəsiqəni təmin etsə də, “Qarabağ” üçün bugünkü qarşılaşma həlledicidir.

Qurban Qurbanovun komandası qələbə qazanarsa, ikinci pillənin sahibi kimi “pley-off”a yüksələcək. Heç-heçə də “Qarabağ” üçün uğurlu nəticə ola bilər. Bunun üçün qrupun digər oyununda – “Dnepr” – “Sent Etyen” qarşılaşmasında bərabərlik qeydə alınmalıdır.

Xatırladaq ki, İtaliyada keçirilən ilk oyundan “Qarabağ” “İnter”ə 0:2 hesabı ilə məğıub olub.

11 dekabr

Avropa Liqası, qrup mərhələsi, VI tur

21:00.“Qarabağ” (Azərbaycan) – “İnter” (İtaliya) - 0:0
Hakimlər: Mioslav Zelinka, Andjey Pelikan, İrji Molaçek ( Çexiya)


"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Maksim Medvedev, Rəşad Sadıqov (k), Bədavi Hüseynov, Riçard Almeyda, Qara Qarayev, Leroy Corc, Muarem Muarem, Vüqar Nadirov, Namiq Ələsgərov

Ehtiyat oyunçular: Fərhad Vəliyev, Tərlan Quliyev, Admir Teli, İlqar Qurbanov, Cavid Tağıyev, Namiq Yusifov, Hacı Əhmədov

"İnter": Karrizo, Andreolli (k), Mvila, Dambrosio, Hüqo Kampanyaro, Mbaye, Donkor, Joel Obi, Rene Krhin, Pablo Osvaldo, Federiko Bonazzoli

Ehtiyat oyunçular: Kosta, Berni, Skiakka, Dimarko, Baldini, Andrea Palazzi
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.