Üçqat çempion "Qəbələ"nin baş məşqçisi oldu

20 dekabr 2014
1 275
2
Üçqat çempion "Qəbələ"nin baş məşqçisi oldu
Üçqat çempion "Qəbələ"nin baş məşqçisi oldu

“Qəbələ” baş məşqçi problemini həll edib.

Milli.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Dorinel Muntyanunun istefasından sonra boş qalan posta ukraynalı mütəxəssis Roman Qriqorçuk təyin edilib. Onunla 1,5 illik müqavilə imzalanıb.

Futbolçu kimi 5 ölkədə çıxış edən 49 yaşlı mütəxəssis vətənində “Prikarpatye” (1988-94) və “Krivbass” (1996-97), Avstriyada “Sankt-Pelten” (1994-95), Polşada “Petroximiya” (1995), Rusiyada “Saturn”un (1996-97) şərəfini qoruyub. 1998-ci ildə Latviyaya üz tutan Qriqorçuk “Dinaburq”da 2 il futbolçu, eyni zamanda, baş məşqçinin köməkçisi olub. 2000-2005-ci illərdə bu klubun baş məşqçisi kimi fəaliyyət göstərən mütəxəssis 2005-09-cu illərdə Latviyanın digər təmsilçisi “Ventspils”in “sükanı arxasında” olub. Titullarını məhz “Ventspils”də əldə edən Qriqorçuk komandasına 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), iki dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb.

Bundan başqa, o, komandasını 2007-ci ildə həm Birlik kuboku, həm də Baltika Liqası finalına daşıyıb. 2009-cu ildə 11 illik Latviya karyerasını başa vurub, Ukraynaya qayıdan Qriqorçuk 2009-10-cu illərdə Zaporojye “Metallurq”unu çalışdırıb. Son klubu Odessa “Çernomorets”i olan mütəxəssis 2010-cu ildən 2014-cü ilin dekabrına qədər bu komandaya rəhbərlik edib. Elə ilk mövsümdə - 2010/11 mövsümündə Odessa klubunu I dəstədən Premyer Liqaya çıxaran Qriqorçuk 2012/13 mövsümündə ölkə kubokunun finalçısı olub. "Çernomorets" çalışdırıcının rəhbərliyi ilə 2013/14 mövsümündə UEFA Avropa Liqasının 1/16 final mərhələsinə qədər yüksəlib.
RƏYLƏR
Omrum Ikimizin
Futboldan hec xosum gelmi
Şahzadə
mmmm tesekurler melmata gore
RƏY ƏLAVƏ ET

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (61)
21:00
590

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (61)

17.09.2019 Gündəlik Bürclər (17 Sentyabr 2019 Günlük Bürclər)
20:00
3 169

17.09.2019 Gündəlik Bürclər (17 Sentyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (264)
19:00
670

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (264)

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (82)
18:00
590

Sevmək Gözəldir Yazılı Şəkilləri 2019 (82)

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir
17:00
145

Bu xəstəliyə hər beş qadından birində rast gəlinir

Qığılcım Yazılı Şəkillər 2019 (84)
15:00
525

Qığılcım Yazılı Şəkillər 2019 (84)

Orqanizm üçün ən vacib vitamin bu saatlarda qəbul edilir
14:00
111

Orqanizm üçün ən vacib vitamin bu saatlarda qəbul edilir

Bürclərin Marağını Necə Çəkə Bilərsən? - Fotolar
13:00
346

Bürclərin Marağını Necə Çəkə Bilərsən? - Fotolar

İnsanın ölümü bağırsaqlarından başlayır – Sizi xilas edəcək RESEPT
12:00
147

İnsanın ölümü bağırsaqlarından başlayır – Sizi xilas edəcək RESEPT

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 530 İRƏLİ