Ançelotti: "Xediranın hansı kluba transfer olunacağı məni maraqlandırmır"

24 Ağustos 2014
1 632
0
Ançelotti: "Xediranın hansı kluba transfer olunacağı məni maraqlandırmır"
Ançelotti: "Xediranın hansı kluba transfer olunacağı məni maraqlandırmır"

"Atletiko"nun meydanda istədiyi kimi oynamasına imkan verdik. Birinci hissədə topa daha az sahib olduq . İkinci hissədə isə "Atletiko" müdafiədə yaxşı oynadı".

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Real"ın baş məşqçisi Karlo Ançelotti İspaniya Superkubokunda "Atletiko" ilə matçdan (0:1) sonra deyib.

K.Ançelotti Anxel di Mariyanı Madrid klubu ilə cavab görüşdə oynatmamasının səbəbləri haqda da danışıb: "Di Mariyaya bu matçda ehtiyacımız yox idi".

İtaliyalı mütəxəssis onu da qeyd edib ki, Sami Xedira böyük ehtimalla "Real"dan ayrılacaq: "Onun klubdan ayrılmasına razılıq verdim. Xediranın hansı kluba keçəcəyi məni maraqlandırmır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.