Qızıl Topun Sahibi Bəlli oldu

13 Ocak 2015
3 008
0
Qızıl Topun Sahibi Bəlli oldu
Qızıl Topun Sahibi Bəlli oldu

"Məni dəstək olan hər kəsə təşəkkür edirəm. Baş məşqçimə, komanda yoldaşlarıma və "Real"ın prezidentinə minnətdaram. Mənim üçün unudulmaz il oldu. Bu cür fərdi mükafatları qazanmaq çox gözəl hissdir. Çox çalışıb mükafatların sayını artırmaq istəyirəm. Komandam, anam, atam, oğlum üçün çox uğur qazanmaq və daha yaxşı oyunçu olmağa çalışıram".

FeaT.Az-ın Qol.aza istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin və "Real"ın futbolçusu Kriştiano Ronaldo İsveçrənin Surix şəhərində keçirilən tədbirdə "Qızıl top" mükafatını qazandıqdan sonra deyib.

O, üçüncü dəfə bu mükafatı qazandığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib:

"Futbol tarixinin ən yaxşı oyunçularından biri olmağı istəmişəm. Bu möhtəşəm gündə mənə dəstək olan hər kəsə bir daha təşəkür edirəm"

Qeyd edək ki,Ronaldo ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) "Qızıl top"u qazanıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.