Hüseyn xan Naxçıvanski haqqında film çəkilir

05 Şubat 2015
1 404
0
Hüseyn xan Naxçıvanski haqqında film çəkilir
Hüseyn xan Naxçıvanski haqqında film çəkilir

Ekran əsəri yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" sənədli filmlər studiyası və Sankt-Peterburqun "Lennauçfilm" kinostudiyası tərəfindən çəkilən, Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli filmin istehsalı başa çatmaq üzrədir.

FeaT.Az-ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən əldə etdiyi məlumatına görə, Çəkilişləri Naxçıvanda, Bakıda və Sankt-Peterburqda aparılan filmdə arxiv materiallarından geniş istifadə olunub. Ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Sovet hakimiyyətini qəbul etmədiyinə görə bolşeviklər tərəfindən güllələnən, xatirəsi bu gün də Rusiyada və Azərbaycanda əziz tutulan böyük sərkərdənin zəngin və keşməkeşli həyat yolunu əks etdirən ekran əsərinin artıq səsləndirməsi başa çatmış və son tamamlama işləri aparılır. Film yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.