Bakıda 20 milyon dollara satışa çıxarılan ev kəskin ucuzlaşdı

10 Şubat 2015
1 518
0
Bakıda 20 milyon dollara satışa çıxarılan ev kəskin ucuzlaşdı
Bakıda 20 milyon dollara satışa çıxarılan ev kəskin ucuzlaşdı
“İqamətgah” 30 sot torpaq sahəsində yerləşir.

Bakının mərkəzində 12 otaqlı ev 12 000 000 AZN-ə (15 298 000 dollara) satılır.

FeaT.Az xəbər verir ki, bu barədə elan Bina.Az saytında yerləşdirilib.

Məlumata əsasən, Bakı şəhəri Yasamal rayonunda, Tbilisi prospektində yerləşən 12 otaqlı ev çox baha qiymətə satılır. Belə ki, Avropa otelinin yanında yerləşən “iqamətgah”ın ümumi sahəsi 1 400 kvadratmetr təşkil edir.

3 mərtəbəli “iqamətgah” 30 sot torpaq sahəsində yerləşir.

Saraya sahib olmaq istəyən şəxs nə az, nə çox düz 15 000 000 dollar ödəməli olacaq.

Qeyd edək ki, bir müddət öncə adıçəkilən ev 20 milyon dollara satışa çıxarılmışdı, “İqamətgah”-ın qiyməti 5 milyon dollar endirilib. Evin qiymətinin hansı səbəbdən düşdüyü məlum deyil.

Əlavə edək ki, bu qiymətdən də aşağı, yəni 10 000 000 ABŞ dollarına Braziliyaya məxsus İlha Das Pacas adlı ada almaq mümkündür. Adanın sahəsi 1 400 kvadratmetr yox, 146 kvadrat kilometr təşkil edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.