6 yaşlı uşaq hamamda yaşayır

10 Şubat 2015
1 982
0
6 yaşlı uşaq hamamda yaşayır
6 yaşlı uşaq hamamda yaşayır
Çinin Yunan şəhərində babası ilə birlikdə hamama gedən 6 yaşlı Siyao adlı uşağın bir daha evə qayıtmadığı açıqlanıb.

Balaca qızın babası masaj və hamam işləri bitdikdən pulunu evdə unutduğunu deyib və 6 yaşlı nəvəsini hamamda qoyaraq pul gətirməyə gedib. Lakin pul gətirmək üçün hamamdan çıxan kişi bir daha geri qayıtmayıb.

Bir aydır hamamda çalışanların baxdığı Siyao da bir daha evinə geri dönə bilməyib. Uzun müddətdir balaca qızın yatacaq, yemək, təmizlik kimi ehtiyaclarını hamam işçiləri ödəyir.

Hamamın 40 yaşlı sahibi Mee Vanq pulunu evdə qoyduğunu iddia edən yaşlı kişinin başına nə gəldiyini bilmədiyini deyib. Yerli mediada balaca qızın babasının tapılması üçün elanlar verilsə də, kişi tapılmayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.