Komitə: Əhaliyə 2 milyard manata yaxın mal satılıb

16 Şubat 2015
1 284
0
Komitə: Əhaliyə 2 milyard manata yaxın mal satılıb
Komitə: Əhaliyə 2 milyard manata yaxın mal satılıb

Qurum ötən ayın göstəricilərini açıqladı.

2015-ci ilin yanvar ayında pərakəndə ticarət subyektlərində istehlakçılara 1,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 9,4 faiz çox mal satılıb.

Bu barədə FeaT.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda o da qeyd olunur ki, müvafiq dövrdə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 96,0 faizini qeyri-ərzaq malları təşkil edib.

Xatırladaq ki, bu dövrdə ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 71,3 milyon manat olub. Hüquqi şəxslərin iaşə obyektlərində dövriyyənin həcmi 1,7 faiz, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektlərində isə 24 faiz artıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.