Daha bir məşhur türk aktyor Bakıya gəlir

15 Şubat 2015
1 352
0
Daha bir məşhur türk aktyor Bakıya gəlir
Daha bir məşhur türk aktyor Bakıya gəlir
Murat Yıldırım “28 Cinema”da keçiriləcək “Kırımlı” filminin premyerasında iştirak edəcək
Məşhur Türkiyəli aktyor Murat Yıldırım Bakıya gəlir. M.Yıldırımın Bakıya səfərinin səbəbi “28 Cinema”da keçiriləcək, mövsümün gözlənilən türk filmi olan “Kırımlı”nın premyerasıdır. Filmin premyera nümayişi və Qala gecəsi fevral ayının 13-də saat 20:30-da baş tutacaq.

Qala gecədə türkiyəli qonaq ilə yanaşı ölkəmizin məşhur simaları, çoxlu sayda media nümayəndələri iştirak edəcəklər. Tədbirdə iştirak yalnız dəvətnamə ilədir. Dəvətnamələrin qiyməti 15 AZN-dır. Dəvətnamələri kinoteatrın kassalarından, həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə etmək mümkündür.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.