Nə Üçün İbadət?

15 Şubat 2015
2 137
0
Nə Üçün İbadət?
Nə Üçün İbadət?
Nə Üçün İbadət?
Bismillahir-rehmanir-rehim



İbadət dedikdə Allah qarşısında kiçiklik və təvazökarlığın ən üstün forması anlaşılır.
Aləmin yaranışı və peyğəmbərlərin be’sətinin ibadət üçün olması ibadətin əhəmiyyətini lazımınca göstərir.
Allah-təala buyurur: “Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım!” (Zariat surəsi, ayə 56)

Aləmin, cinlərin və insanların yaranışında məqsəd Allaha ibadətdir.
Bütün peyğəmbərlərin risaləti xalqı Allaha pərəstişə də’vət etmək olub: “Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan çəkinin” –deyə peyğəmbər göndərmişdik.” (Nəhl surəsi, ayə 36)
Nə Üçün İbadət?

Demək, aləmin yaranışı və peyğəmbərlərin be’sətində məqsəd Allaha ibadətdir. Allahın bizim ibadətlərimizə ehtiyaclı olmadığı mə’lumdur. “Həqiqətən, Allah sizə əsla möhtac deyildir.” (Zumər surəsi, ayə 7)

İbadət pərəstiş edənlərin özünə faydalıdır. Necə ki, şagirdlərin dərs oxuması müəllim yox, onların özü üçün faydalıdır.

RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.