Metroda sevgili tapmaqda çətinlik çəkənlər üçün yenilik

02 Mart 2015
1 045
0
Metroda sevgili tapmaqda çətinlik çəkənlər üçün yenilik
Metroda sevgili tapmaqda çətinlik çəkənlər üçün yenilik

Yeni xidmət tanış olmağa cəsarət edə bilməyən sərnişinlərin işini asanlaşdıracaq.

Moskva metrosunda sevgili tapmaqda çətinlik çəkənlər üçün yeni xidmət tətbiq olunacaq.

Yeni xidmət qatarda yanında əyləşən qadından və ya kişidən xoşlanan, amma tanış olmağa cəsarət edə bilməyən sərnişinlərin işini asanlaşdıracaq.

"Hello" adı verilən və indidən minlərlə adamın telefonuna yükləyib istifadə etdiyi tətbiq xüsusi bir radar köməkiyi ilə çalışır. Radar metroda sizə yaxın oturan və həmin anda smartfon və ya planşetlə internetə girməkdə olan sərnişinləri təsbit edir.

Daha sonra sizə gələn siyahıdan bir sərnişini seçirsiniz. İlk münasibət üçün bir salam və ya hədiyyə göndərmək mümkündür.

Bu xidmətdən istifadə etmək üçün qeydiyyatdan keçmək isə çox sadədir. Tətbiqə Facebook və ya Vkontakte hesablarıyla daxil olmaq mümkündür.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.