Linzanın gözLərə ziyanı haqqında - LinzaLar haqqında

01 Mart 2015
4 528
0
Linzanın gözLərə ziyanı haqqında - LinzaLar haqqında


Linzanın gözLərə ziyanı haqqında - LinzaLar haqqında
Linzanın gözLərə ziyanı haqqında - LinzaLar haqqında



Həkim: “Linzadan istifadə edərkən fəsadların olmaması üçün əlin və dırnaqların təmizliyinə xüsusən diqqət etmək lazımdır”.

Son günlər mətbuatda kontak linzadan sonra amerikalı qızın gözündə yaranan problem, linzaların gözdə yaratdığı fəsadlarla bağlı narahatlıqları yenidən gündəmə gətirdi. Belə ki, Esli Eyş adlı 18 yaşlı qız gözündə olan kəskin ağrılarla bağlı həkimə müraciət edib və kontakt linza istifadəçilərini şoka salan diaqnozla qarşılaşıb.

Müayinələrin nəticələrinə görə, Eslinin gözünə Acanthamoeba bakteriyası düşüb. Bu bakteriya suda və quruda yaşayır və qızın gözünə yerləşərək orada yaşamağa və süfrə qoymağa başlayıb. Həkimlər əməliyyat nəticəsində göz büllurunu dələrək qızın gözündə yaşayan parazitin süfrəsini çıxarmağa nail olublar. Məlum olub ki, parazit gözə kontakt linza vasitəsilə düşüb və onu kor olmaq təhlükəsi altında qoyub: “Gözüm güclü qaşındığı üçün mən də hər dəfə qaşıyırdım. Sən demə, bunu etmək olmazmış. Həkimə gec müraciət etsəydim, bir gözümü itirə bilərdim. Bundan sonra gözümün sağalması üçün uzun müddət müalicə almalı olacağam”.

Göründüyü kimi, insanların eynəyə əlvida deməsi və ya qeyri-adi görünmək naminə göz rənglərini dəyişmək məqsədilə istifadə edilən kontakt linzalar göz sağlamlığında qorxunc fəsadlar yarada bilər.
Linzaların gözün sağlamlığına vurduğu fəsad və linzadan düzgün istifadə yolları barədə oftalmoloq Aygün Məhərrəmova ilə danışdıq. Oftalmoloqun sözlərinə görə, linzanın gözdə yaratdığı fəsadlar əsasən gigiyenik qaydalara əməl etmədikdə, yaranır: “Linzadan istifadə edərkən fəsadların olmaması üçün əlin və dırnaqların təmizliyinə xüsusən diqqət etmək lazımdır. Çünki linzanı gözdən çıxarıb və yaxud gözə yerləşdirən zaman dırnaqlardan və əldən istifadə olunur. Təmizliyə riayət etmədikdə, əldə olan mikrob linzaya keçir və gözdə müəyyən infeksiyalar yaradır. Gözdə olan infeksiyalar isə iltihablar əmələ gətirərək mikrobların inkişafına şərait yaradır. Bunun qarşısı alınmasa, mikroblar çoxalaraq gözün deşilməsi ilə nəticələnə bilər”.

Həkim bizimlə söhbətində bildirdi ki, linzadan istifadə edən insanlar uzun dırnaq saxlamamalıdırlar. Çünki göz çox şəffaf olduğu üçün dırnaqlar gözdə olan buynuz qişasını zədələyə bilər: “Linzadan istifadə edən insanlar hər gün onu şəffaf göz suyu ilə yumalıdır. Krandan gələn suları isə xüsusilə linzalardan uzaq tutmaq lazımdır. Hətta çimərkən belə, suyun gözə daxil olmaması üçün linzalar gözdən çıxarılmalıdır”. Bundan əlavə, göz yaşının funksiyası ondan ibarətdir ki, gözə daxil olan mikrobların qarşısını alır və mikrobları məhv etmək qabiliyyətinə malikdir. İnsanın təbii göz yaşı gözü bütün yad cisimlərdən qoruyur və müdafiə edir. Türk həkimlərinin araşdırmasına görə, kontakt linzalardan düzgün istifadə etmədikdə, linzalar göz yaşının istehsalına mane olur və bu zaman göz müdafiə olunmadığı üçün ciddi təhlükələrə zəmin yaranır. Kontakt linzalarla bağlı da gigiyenik qaydalara əməl olunmadığı təqdirdə, gözdə müəyyən bakteriyalar yaranır və onlar inkişaf edərək gözlərin kor olmasına gətirib çıxarır. Oftalmoloq qeyd etdi ki, yatan zaman linzaları çıxarmadıqda, gözdə quruluq əmələ gətirir və bu da göz bəbəyində oksigen çatışmazlığı yaradır. Çünki linzaların gözdə yaratdığı fəsadlardan biri də gözləri rahat nəfəs almağa qoymamasıdır.

Qeyd edək ki, Türkiyə və Amerika mətbuatının yazdığına görə, sözügedən ölkələrdə linzalar ucbatından görmə qabiliyyətini itirən xeyli insan var. Dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Bununla mübarizə aparmaq üçün linzadan istifadə edən zaman gigiyenik qaydalara riayət etmək və həkim məsləhətlərini nəzərə almaq lazımdır

alıntı



Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.