Hər iki qardaşın köməyinizə ehtiyacı var - VİDEO

04 Nisan 2015
1 260
0
Hər iki qardaşın köməyinizə ehtiyacı var - VİDEO
Hər iki qardaşın köməyinizə ehtiyacı var - VİDEO
İki qardaş və hər biri başqa-başqa xəstəlikdən əziyyət çəkir.Elçin 3-cü, Elvin isə 1-ci sinifdə oxumaldır əgər məktəbə getsələr.Ancaq düçar olduqları xəstəlik nəinki məktəbə, evdən bayıra tək çıxmağa belə imkan vermir.

Elçinin 9, Elvinin isə 7 yaşı var.Hər ikisi düçar olduquları xəstəlik ucbatından nə uşaqlığını yaşaya, nədəki məktəbə gedə bilirlər.

Zərdabın Bəyimli qəsəbəsindən olan 9 yaşlı Elçin Abdullayev doğulan vaxt başından travma alıb.Travmanın təsirindən o indiyədək danışa bilmir. Bununla yanaşı, o həm də sudurğadan əziyyət çəkir.

Elçinin qardaşı 7 yaşlı Elvin Abdullayev isə 2-ci dərəcəli skalyoz xəstəsidir. 4 aylıq körpə vaxtlarından o bu xəstəliyə düçar olsa da ailəsi 6 aydan sonra xəstəlikdən xəbərdar olublar. Balaca Elvinin onurğa və sinə sümüyü getdikcə əyilir. Və bu da uşağın nəfəs almasında çətinlik yaradır.

Elvin xəstəlik ucbatından inkişafdan geri qalıb.Onun həm də gözləri çəpdir. Ailə Evlinin sağalması üçün bir çox bölgələrə, Bakıya, hətta xarici ölkələrin birinə aparıblar.Həkimlər Evlinin tam sağalması üçün əməliyyatın şərt olduğunu deyiblər.Ancaq nə əməliyyata, nə dəki müalicəyə ailənin maddi imkanı çatmır.
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.