Azərbaycanda tibb bacısı intihar etdi

18 Nisan 2015
1 734
0
Azərbaycanda tibb bacısı intihar etdi
Azərbaycanda tibb bacısı intihar etdi
Şəkidə intihar olub.

FeaT.Az xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki rayonu Aşağı Göynük kənd sakini, 1961-ci il təvəllüdlü Mahirə Adışirin qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki talvardan asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar olunub.

54 yaşlı Mahirə Məmmədovanın iki övlad anası olduğu və kənd tibb məntəqəsində tibb bacısı işlədiyi bildirilir. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.