Diqqət, Diqqət...!!! Mütləq OXUYUN!!!

19 Nisan 2015
2 007
0
Diqqət, Diqqət...!!! Mütləq OXUYUN!!!
Diqqət, Diqqət...!!! Mütləq OXUYUN!!!

Salam, əziz və hörmətli Feat.az istifadəçiləri!!! İstərəm diqqətlə hər bir sətiri oxuyasınız, çünki çox vacibdir. Təvazökarlıqdan uzaq olsun, bu məni bir Vətənpərvər kimi çox narahat və hətta deyərdim çox məyus etdi. Bu məqaləni sizlərlə paylaşmağımın məqsədini, məqaləni oxuduqca anlayacaqsınız.
İnternetdə (Youtube-da) rus dilində "Azərbaycan ordusu ilə Ermənistan ordusunun arasındakı fərq" adlı video paylaşma üzərində baş vermiş qızğın mübahisələrdən onların bir neçə iddialarını sizə təqdim etməkdə məqsədim odur ki, sadəcə öz həmvətənlərimiz arasında, əsasən də gənclər arasında olan mübahisələrə nəhayət son qoyasız, ayıbdır. Onlar bizim bir-birimizi didişdirməyimizə istehza ilə gülürlər. Buna imkan verməyin. İndisə, onların bizə yazdıqları şərhlərə baxın.

Arman Martınyan adlı bir murdar erməni dığası, azərbaycanlının "ermənilərlə bizim aramızda fərq yoxdur, ömür boyu birlikdə yaşamışıq, bir-birimizdən qız alıb, qız vermişik" yazısına cavab olaraq belə yazır: "Erməni qartalı ilə quyruqlu ağ-qara azəri qoyunları arasında ümumi oxşarlıq ola bilməz. Siz azərilərin türk Vətəni Altaydır, amma bizimki Erməni yaylası, Kilikiya (b.e.ə 12-6 əsrlərdə qədimdə Kiçik Asiyanın Cənub-Şərq Vilayətinin, indiki Türkiyənin cənub ərazisində müstəqil çarlıqlar, 1080-1375 illərdə isə Kilikiya erməni dövləti mövcud olub), Mesopotamiya, Suriyanın şimal hissəsi, Qara Dəniz yarımadasının yarısıdır. Siz köçərisiz, biz yerli əhali".

Daha bir Кредо Jee nikli erməni dığası yazır: "Azərilər, bilirsinizmi? Əgər Rusiya dövləti olmasaydı, biz Bakını da almışdıq..". Raf Khotsanyan adlı bir erməni dığası da belə yazır: "Artıq 4500 ildir ki, ermənilər mövcuddur və heç bir şeyi itirmədən heç kəsdən yardım almayıblar".

ARSEN АРМЕНИЯ nikli bir alçaq da yazır: "İrəliyə Ermənistan, bizə Bakı lazımdır..." (nöqtələrdə onlar bizi çox pis söyüblər, ona görə yazmadım).

Павел Великий nikli bir murdar şəxs isə belə yazıb: "Ermənilər döyüşməyi bacardıqları üçün qalib gəldilər, yoxsa sizin Ramil Səfərov kimi yatmış erməni zabitini öldürərək sonda Azərbaycan qəhrəmanı oldu. Siz ermənilərdən çox şeyi öyrənməlisiz. Siz yalnız iqtisadiyyat və əhali sayınızla öyünürsüz, ermənilər isə keyfiyyəti və düşüncəni rəhbər tutur. Ağıl, düşüncə olmadan isə heç bir müharibədən qalib çıxmaq olmaz. Ona görə də internetdə lovğalanmaqdansa, döyüşməyi öyrənin. Yeri gəlmişkən, Qarabağ erməni torpağıdır". Və daha nələr, nələr...

Rus dilindən tərcümə etdim, siz orada bizim millətin nümayəndələrinin şərhlərini demək olar ki, seçə bilməyəcəksiniz, çünki iştirakları zəif olub. İndisə yaxşı-yaxşı düşünün dostlar, gəlin bu alçaqların bu cür iyrənc iddiaları qarşısında saytlarda bir-birimizi təhqir etməyək, yalnız və yalnız birlik göstərək, bir-birimizə hörmətlə yanaşaq. Hələ ki, uduzan tərəf bizik, uduzan tərəfin milləti isə yəqin mənası olmayan sevgi xəbərlərinə, əsassız didişmələrə yol verməməlidir. Bir daha unutmayın ki, düşmən heç vaxt yatmır. O, sözlə də olsa, silahla da olsa, bizi təhdid etməkdən usanan deyil. Rusların bir misalı var: "Я начальник, ты дурак", yəni "Mən rəisəm, sən axmaqsan" prinsipilə hərəkət edir böyük dövlətlər. Bu o deməkdir ki, rəhbərin (kiçik dövlətlərin müqəddaratını həll edən böyük dövlətlər) ağıllı olması o qədər də vacib deyil, əsas odur ki, tabeçilikdə olan müdrik insan səfeh rəhbərin rəhbərliyi altında "fəaliyyət" göstərir. Azərbaycanın indiki vəziyyəti budur. Hələ ki, susmağa məcburuq torpaqlarımızla bağlı. Ölkə rəhbərimiz olan cənab İlham Əliyevi də qınamaq olmaz, hər şeyi də onun üzərinə atmayaq. Hər birimiz əlimizdə olan imkanlardan, yəni heç olmazsa Vətəndaşlıq borcumuzdan səmərəli istifadə etməliyik. Bu borc da odur ki, təkrar da olsa bir daha deyirəm, saytlarda BİRLİK göstərək, mehriban olaq, bir-birimizə hörmətlə yanaşaq, əxlaqımıza zidd olan yazılar, şəkillər paylaşmayaq və s. Hər nə qədər olsa bizi dünyanın hər yerindən mənfur düşmənlərimiz də daxil olmaqla görürlər, izləyirlər. Ümidvaram, bu yazılanlardan nəticə çıxaranlar olar İn şa Allah

Diqqət, Diqqət...!!! Mütləq OXUYUN!!!Diqqət, Diqqət...!!! Mütləq OXUYUN!!!
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.