Doğuş zamanı daha bir faciə

23 Nisan 2015
1 333
0
Doğuş zamanı daha bir faciə
Doğuş zamanı daha bir faciə
Bu, A.Kərimovanın ikinci hamiləliyi olub.

Şəkidə ana ölümü faktı qeydə alınıb.

FeaT.Az xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Qəbələ şəhəri Həzi Aslanov küçəsi, ev 18 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü, Aygün Famil qızı Kərimova aprelin 22-də günorta saatlarında Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) cərrahiyə şöbəsində qeyseriyyə əməliyyatı ilə doğuş keçirib.

Doğuşdan sonra Aygün Kərimovanın vəziyyəti qəflətən pisləşib və o, saat 22:30 radələrində ölüb.

Hadisə ilə bağlı Şəki RMX-nın doğum şöbəsinin müdiri Ruziyə Hüseynova bildirib ki, Aygün Kərimova aprelin 17-də 35 həftəlik hamiləlik, böyrək çatışmazlığı və yüksək arterial təzyiqlə xəstəxanaya daxil olub.

Xəstəyə lazımı bütün tibbi yardımlar göstərildikdən sonra əməliyyata qərar verilib.

Aprelin 22-də qeyseriyyə əməliyyatı ilə 35 həftəlik qız uşağı götürülüb. Əməliyyatdan 6 saat sonra Aygün Kərimovanın vəziyyətində qəfildən pisləşmə baş verib, müdaxilələrə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Bu A. Kərimovanın ikinci hamiləliyi olub. Bundan əvvəl o, Qəbələ RMX-nın doğum şöbəsində təbii yolla iki əkiz oğlan dünyaya gətirib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.