Nişanlı qız özünü Kürə atdı

02 Mayıs 2015
2 496
0
Nişanlı qız özünü Kürə atdı
Nişanlı qız özünü Kürə atdı

Şirvan şəhərində intihar olub.

Şirvan Şəhər Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, şəhər sakini, Bayramlı qəsəbəsinin Hüseyn Cavid küçəsində yaşayan, 1996-cı il təvəllüdlü Rüstəmova Elnarə Rahib qızı özünü evlərinin yaxınlığından keçən Kür çayına atıb.

Hadisənin səhər saatlarında baş verdiyi güman edilir. Onun meyiti çaydan çıxarılaraq müayinə üçün aidiyyəti quruma təhvil verilib.

Qohumlarının bildirdiyinə görə, qız nişanlı olub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.