Ölkədə hər 100 nəfərə 112 mobil telefon düşür

07 Mayıs 2015
1 182
0
Ölkədə hər 100 nəfərə 112 mobil telefon düşür
Ölkədə hər 100 nəfərə 112 mobil telefon düşür

Azərbaycan əhalisinin yarısından çoxunun evində kompüter var. Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində bildirib ki, Azərbaycanın bütün ev təsərrüfatlarının 53,2%-nin kompüteri, 71,6%-nin isə internetə çıxışı mövcuddur. Nazirin sözlərinə görə, son 10 il ərzində sektorun həcmi təqribən 20-25% orta illik artım tempi ilə artaraq 2.0 milyard ABŞ dollarını ötüb.Bu müddətdə sektora 3.0 milyard ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib və bunun da 80%-ə yaxını yerli və xarici biznes strukturları tərəfindən yatırılıb. Ə.Abbasov bildirib ki, Azərbaycan İKT sahəsinin inkişafı üzrə əldə edilmiş bir çox nailiyyətlərə görə MDB məkanında liderlər sırasındadır: "Məsələn, MDB ölkələri arasında ilk dəfə Azərbaycanda sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, bütün yaşayış məntəqələri telefonlaşdırılmış və bölgə mərkəzləri magistral fiber-optik şəbəkə ilə birləşdirilmişdir. Ölkənin əhali yaşayan ərazisi tamlıqla çoxproqramlı radio və televiziya yayımı ilə əhatə edilmişdir. Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında rəqəmli televiziya yayımı ilk dəfə Azərbaycanda tətbiq olunmağa başlanmış və hazırda bu yayım texnologiyası əhalinin 99%-nin yaşadığı əraziləri əhatə edir".

Nazir qeyd edib ki, ölkədə ən qabaqcıl texnologiyalar tətbiq edilir, onların sırasında sabit şəbəkədə "Yeni nəsil” (NGN), mobil rabitədə 3 və 4-cü nəsil (3G, 4G) texnologiyalarını qeyd edilməlidir: "İnternetə bütün müasir vasitəsilə çıxış imkanları yaradılıb. İndi əhalinin 75%-i internet, 62%-i isə genişzolaqlı internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefonların sayı 112-ə çatıb. Ölkəmiz İnternet istifadəçilərinin və mobil abunəçilərin sayına görə dünya orta göstəricisini müvafiq olaraq 2 dəfə və 14,3% qabaqlayır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.