Erməni şagirdlər Azərbaycana gələcəklər

07 Mayıs 2015
1 240
0
Erməni şagirdlər Azərbaycana gələcəklər
Erməni şagirdlər Azərbaycana gələcəklər

Onlar Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəklər

Eməni şagirdlər bu il Bakıda keçiriləcək Beynəlxalq Kimya Olimpiadasında iştirak edəcəklər.

FeaT.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, onların Azərbaycana səfəri 47-ci Beynəlxalq Kimya Olimpiadasının Təşkilat Komitəsinin sədri Nərgiz Paşayevanın dəvəti əsasında baş tutacaq.

Erməni məktəblilərinin olimpiadalarda iştirakının vacibliyi nəzərə alınaraq, Ermənistanın Olimpiya komandası iyulun 20-29-da Bakıda keçiriləcək beynəlxalq kimya olimpiadasında iştirak etmək qərarına gəlib. Hazırda Ermənistan komandasının olimpiadada iştirakı ilə bağlı hazırlıq işləri gedir.

Ermənistan Olimpiya komandasını Ermənistanın elm və təhsil naziri Armen Aşotyan müşayiət edəcək. Azərbaycan Ermənistan nümayəndə heyətinin təhlükəsizliyinə təminat verdikdən sonra Ermənistanın olimpiadada iştirakı ilə bağlı yekun qərar veriləcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.