Qardaşının arvadını sevirmiş- VİDEO

08 Mayıs 2015
1 309
0
Qardaşının arvadını sevirmiş- VİDEO
Qardaşının arvadını sevirmiş- VİDEO

Bir neçə gün öncə Tovuzda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Əlimərdanlı kənd sakini Müşfiq Hüseynov kimliyi bilinməyən şəxslər tərəfindən güllələnərək öldürülüb.

43 yaşlı fermerin cəsədi özünə məxsus avtomobilin yük yerində, kənd qəbristanlığının yanında tapılıb.

Qətldə təqsirli bilinən mərhumun həyat yoldaşı Ruziyə Hüseynova və qardaşı Akif Hüseynov polislər tərəfindən həbs ediliblər. Onların qətli müştərək formada törətdikləri bildirilir.

Hadisə ilə bağlı Tovuz rayon Prokurorluğu tərəfindən aparılan araşdırma davam etdirilir. Qətlin hansı səbəbdən törədilməsi hələ ki, açıqlanmır.

İlkin məlumata görə, qətlə gizli sevgi səbəb olub. Belə ki, Asif və Ruziyyə hələ məktəb illərindən bir-birlərini sevirmişlər. Lakin Müşviq Asifin sevgilisi Ruziyyəni qaçıraraq onunla ailə həyatı qurub. Onlar 16 il bir yerdə yaşayıblar. Balaca qardaş Asif isə bu vaxta qədər ailə həyatı qurmayıb. Məlumata əsasən sabiq sevgililər Müşviqdən gizli formada münasibətlərini davam etdirib. Bu müddət ərzində Müşviq öz ailəsi və qardaşı Asiflə birgə öz ata evlərində qalıblar. Son üç ayda Müşviq Hüseynov Rusiyada olub və qətlə yetirilməmişdən cəmi iki həftə əvvəl evinə qayıdıb.

Məlumatı kənd icra nümayəndəliyindən təsdiqləyiblər.

Qeyd edək ki, mərhumun bir oğlu və bir qızı var. Qızının 13, oğlunun isə 10 yaşı var.

Xatırladaq ki, Tovuzun Əlimərdanlı kənd sakini, 2 uşaq atası Müşfiq Hüseynov baş nahiyəsindən güllələnərək qətlə yetirilib.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.