Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto

19 Mayıs 2015
2 375
0
Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto
Çoxmərtəbəli binada yanğın zamanı xəsarət alanların əksəriyyəti 5 saylı Klinik Xəstəxananın Yanıq şöbəsinə yerləşdirilib.

İnterAz FeaT.az-a istinadən xəbər verir ki, biri FHN-nin yanğınsöndürəni olmaqla 17 nəfər isə Kliniki Tibbi Mərkəzdədir. Xəsarət alanlar arasında körpə uşaq da var.

Mərkəzdən bildiriblər ki, zərərçəkmişlərin vəziyyətini qənaətbəxş hesab etmək olar. “Bura əsasən binanın 13, 14, 15 və 16-cı mərtəbəsində yaşayan insanlar gətirilir. Bir nəfər isə hər iki dirsəyinin yanıq xəsarəti ilə mərkəzə qəbul edilib, yarası sarğı edildikdən sonra isə evinə yola salınıb” xəstəxanadan bildirilib.

Müxbirimizin verdiyi məlumata görə, xəstəxanada insan əlindən tərpənmək olmur. Yanğın barəsində eşidən hamı bura üz tutur. Xəsarət alanların siyahısı tutulub, yaxınlarına məlumat verilir.


Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto

Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto

Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto

Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto

Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto

Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto

Yanan binada yaralanan şəxslərin siyahısı tutulub - Foto
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.