Elektron siqaretlərin yeni bəlası

12 Eylül 2014
1 505
0
Elektron siqaretlərin yeni bəlası
Elektron siqaretlərin yeni bəlası


[b]Bu yaxınlarda bildirildi ki, siqaret çəkmək əleyhinə yaradılmış elektron siqaretlər sağlamlığa ağır ziyan vurur. İndi isə onun digər "əmma"sı ortaya çıxıb. Elektron siqaretlər narkotiklərin qeyri-qanuni dövriyyəsinə yol açır.

Mütəxəssislər hesab edirlər ki, adi siqaretlər kimi, onların elektron variantı da marixuana və kokain kimi qadağan olunmuş vasitələrə aludəçilik riskini artırır.

Alimlər həmçinin qeyd edirlər ki, tütünün tərkibindəki bir çox toksik birləşmələri aradan qaldıran elektron siqaret eyni zamanda "təmiz nikotinə" güclü alışmaya səbəb olur.

Siçanlar üzərində aparılan tədqiqatlar göstərib ki, nikotin beynin biokimyasını dəyişir və kokainə kəskin tələbat yaradır.

İnsan üzərindəki sonrakı tədqiqatlar göstərdi ki, enyi hal insan orqanizmində də təkrarlanır: keçmiş siqaret aludəçiləri kokainə meyllənirlər.

Hesab edilir ki, elektron siqaret böyük "staja" malik siqaretçəkənlər arasında populyardır. Hazırda isə elektron siqaretin "pərəstişkarları" arasında yeniyetmə və gənclərin sayı artır.

Elektron siqaretlərin tarixi qədim deyil: 1963-cü ildə ABŞ-ın Pensilvaniya ştatının Biver Fols şəhərinin sakini Herbert Gilbert "tüstüsüz tütünsüz siqaret"ə patent aldığı vaxtdan başlayır.

Onun kəşf etdiyi cihaz nikotin məhlulunu buxar halına gələnədək ehtiyatla qızdırır, yanan tənbəki və kağızın tüstüsünü əvəz edirdi.[/b
]
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.